Biz imzaları yox, əsərləri dərc edirik...

Agnes Heller dünyasını dəyişib
415
08 Avqust 2019, 11:08
 Yolu Holokastdan Macarıstana uzanan, dəfələrlə ölkəsindən sürgün edilən, dünya fəlsəfə tarixinə, xüsusilə estetika məfhumuna yeni ideyalar vermiş filosof Agnes Heller istirahət məqsədilə getdiyi Balaton gölündə ölü tapılıb.
 
 

 Tanınmış filosof-tərcüməçi-yazarın ölüm xəbərini mətbuata oğlu Georqi Feher təsdiqləyib. "nytimes”-da yer alan xəbərə görə, Heller istirahətə həmkarı Cudis Fraydlenderlə gedib: "Agnes 12 yaşından bəri üzgüçülüklə məşğul idi. Mən onun kimi peşəkar üzgüçü tanımıram. Uzun müddət qayıtmadığını görəndə belə həyəcanlanmadım, fikirləşdim ki, hər halda çıxıb. Sonra sahildə çaxnaşma düşdü. Agnesin cansız bədəni suyun üzündə sahilə tərəf gəlirdi”.
 Filosofun ölüm səbəbi hələ ki, məlum deyil. 
 
 Elcan Salmanqızı