Biz imzaları yox, əsərləri dərc edirik...

“999-cu gecə” Musiqili Teatrın repertuarına salınıb
439
13 Sentyabr 2019, 12:49
  "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sentyabr repertuarına salınıb.
 
 

  Teatrdan AZƏRTAC-a bildirilib ki, sentyabrın 29-da nümayiş olunacaq tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmestri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada əsas rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər. Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.