Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvarın 24-də "Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn göstərəcək.

AZƏRTAC xəbər verir ki, saat 18:00-da nümayiş ediləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.