Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada növbəti sərgi
181
18 İyun 2019, 17:06
  İyunun 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İnsan hüquqları” adlı kitab sərgisi açılıb.
  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.
 
 

  Sərgi bir həftə davam edəcək.
 Qeyd edək ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə "İnsan Hüquqları Günü” kimi qeyd olunur. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir