Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada növbəti sərgi
345
24 Aprel 2019, 12:31
  Aprelin 24-də Azərbaycan Milli Kitabxanasında şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəmanın (Qəhrəmanov İlham Umud oğlu) anadan olmasının 60 illik yubileyi münasibətilə "İlham Qəhrəman – 60” adlı kitab sərgisi açılıb.
 
 

  Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, tərtib etdiyi, "Ön söz” yazdığı, redaktoru olduğu, tərcümə etdiyi və şair haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş olunur.
  Sərgi bir həftə davam edəcək.