Biz imzaları yox, əsərləri dərc edirik...

Musiqili Teatrın həftəsonu afişası
71
23 Aprel 2019, 13:29
  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.
 
 

  AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində üç səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər aprelin 26-da "Kimdir müqəssir?”, 27-də isə "Arşın mal alan” tamaşalarına baxa biləcəklər.
  Aprelin 28-də "O olmasın, bu olsun” tamaşası təqdim olunacaq.
  Tamaşaçılar biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.