Biz imzaları yox, əsərləri dərc edirik...

İsmayıl Şıxlının 100 illik yubileyi
72
14 Mart 2019, 16:22
 AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə 14 mart 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə tədbir keçirib.
 
 

 AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq İsmayıl Şıxlının koloritli xarakterlərə və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarından biri olmasından danışdı.
 Sonra İsmayıl Şıxlının həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən qısa slayd nümayiş olundu.
 Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək İsmayıl Şıxlının yaradıcılığındakı özəlliklərdən, şəxsiyyətindən, şəcərəsindən – Şıxlinskilərdən bəhs edib.
 
 

 Şair Yadigar Təvəkkül çıxışında İsmayıl Şıxlı yaradıcılığında milli-mənəvi dəyərlər, xalqın adət-ənənələri, dil və üslubu mövzusuna toxundu.
 Kürdəmir rayon MKS-ın direktoru İradə Mahmudova çıxışında İsmayıl Şıxlının pedaqoji və elmi fəaliyyətindən bəhs edib.
 
 

 Kitabxananın əməkdaşları Məhinə Şirəliyeva, Məryəm Əliyeva yazıçının sevilən hekayələrindən oxuyub.
 Tədbirin sonunda İsmayıl Şıxlının "Dəli Kür” romanı əsasında çəkilmiş eyni adlı filmdən fraqmentlər nümayiş edilib.