Biz imzaları yox, əsərləri dərc edirik...

Musiqili Teatrın həftəsonu afişası zəngindir
224
21 İyun 2018, 17:47
 Teatrın mətbuat katibi Fəridə Aslanova AZƏRTAC-a bildirib ki, sənət ocağının səhnəsində iyunun 21-də "Nuri-didə Ceyhun”, 23-də sevimli gülüş ustası, Xalq Artisti Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış”, 24-də isə F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında "999-cu gecə” tamaşaları təqdim ediləcək. Teatrsevərlər səhnə əsərlərinə saat 19:00-da baxa biləcəklər.
 

 
 Tamaşalarda Əməkdar artistlər Ələkbər Əliyev, Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Anton Ferştand, Şövqi Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Nadir Xasıyev, Firuz Məmmədov, Hüseyn Əlili, balaca aktyor Hüseyn Nağıyev və başqaları çıxış edəcəklər.
 Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən almaq olar.