Biz imzaları yox, əsərləri dərc edirik...

“12-ci gecə, yaxud hər nə istəsəniz” növbəti dəfə repertuara salınıb
245
12 Sentyabr 2019, 17:37
  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin "12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
 
 

  AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
  Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev və Rəşad Bəxtiyarov və başqaları çıxış edəcək.
  Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət edilir. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer veril